Mbappenin başı dərddə - İsveç polisi zorlama ilə bağlı araşdırmalara başladı

Oct 15, 2024 - 17:25
Mbappenin başı dərddə - İsveç polisi zorlama ilə bağlı araşdırmalara başladı

İsveç polisi Fransa millisinin və "Real Madrid" hücumçusu Kilian Mbappenin Stokholmdakı otellərin birində qadına təcavüz etməsi ilə bağlı yayılan məlumatları araşdırmağa başladığını açıqlayıb.

Fanat.az xəbər verir ki, "RMC Sport" bəyanatı belə çatdırıb:

"KİV-in Stokholmda zorlama iddiası ilə bağlı xəbərlərindən sonra prokuror polisə zorlama şikayəti ünvanlandığını təsdiqləyə bilər. Məlumata görə, hadisə 2024-cü ilin 10 oktyabr tarixində Stokholmun mərkəzindəki oteldə baş verib. İlkin istintaqı böyük prokuror Marina Çirakova aparır. Prokuror mətbuata açıq deyil. Əlavə məlumat əldə edildikdə yeni press-reliz göndəriləcək".

Qeyd edək ki, daha öncə Mbappenin ətrafı xəbərlərin həqiqəti əks etdirmədiyini bəyan edib. Ulduz hücumçunun özü isə bu işdə sabiq klubunun - PSJ-nin əli olduğunu bildirib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow