Neymar bir ildən sonra bu oyunda meydana çıxacaq

Oct 15, 2024 - 10:59
Neymar bir ildən sonra bu oyunda meydana çıxacaq

"Əl-Hilal"ın hücumçusu Neymar meydana qayıtmağa yaxındır. 

Fanat.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, hücumçu oktyabrın 21-də Asiya Çempionlar Liqasında “Əl-Əyn”lə görüşdə meydana çıxacaq.

Zədə səbəbindən 2023-cü ilin oktyabr ayından bəri oynamayan braziliyalı ulduz sentyabrda Neymar yenidən klubla məşqlərə başlayıb.

Braziliya millisinin həkiminin Neymarın fiziki vəziyyətini qiymətləndirmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanına gəlməsinin planlaşdırıldığı da bildirilir. Testin nəticələri müsbət olarsa, o, noyabrda keçiriləcək 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün milli komandaya dəvət ala bilər.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow