“Şaurma N 1″ qalmaqalının pərdəarxası məqamları: Natiq Sadıqov Aqil Babayevi necə şərləyib?

Oct 1, 2024 - 09:00
“Şaurma N 1″ qalmaqalının pərdəarxası məqamları: Natiq Sadıqov Aqil Babayevi necə şərləyib?

“Şaurma N 1″ restoranının şəriki, “12-ci İmam Mehdi” adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesində ona qarşı irəli sürülən və hökm çıxarılan ittihamın əssassız olması ilə bağlı yeni məqamlar ortaya çıxır. Müstəqil media olaraq aparılan araşdırmalar onu göstərir ki, soyğunçuluğa məruz qalaraq evindən milyonlarla manat pul, küllü miqdarda qızıl-zinnət əşyaları aparılan sahibkar Aqil Babayev bu barədə hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra şərlənərək həbs olunub.

 Aqil Babayev “Shaurma N1″ restoranlar şəbəkəsinin şəriki imiş. 2021-ci il iyunun 8-də A.Babayevin Buzovnada olan bağ evində Anar Aslanov, Daşqın Aslanov, Araz, Bəhruz, Rövşən qardaşları, Elmar Orucov, Ceyhun Ağakişibəyli və qardaşı Rəşid, Nadim Qurbanov, Fuad Məmmədov, Emin Həsənov, Elnur Mehdiyev, Natiq Sadıqov, Faiq və Zaur Abdullayev qardaşları, Qalib Rzayev, Azər İslamov və Şamil Cəfərovdan ibarət dəstə soyuq silahla A.Babayevi təhdid etmiş və həmin bağ evini talamışlar. Həmin gün Aqil Babayev ustaların məvacibini vermək üçün Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evinə gedib. Orada namaz qılmağa düşərkən ikinci mərtəbədə yuxarıda adları çəkilən şəxslərin ondan xəbərsiz evinə daxil olduğunu görüb. Onlardan nə baş verdiyini, niyə xəbərsiz şəkildə evə soxulduqlarını soruşduqda həmin şəxslər ona nalayiq ifadələr işlədərək, həmçinin fiziki güc tətbiq edərək birinci mərtəbədə qonaq otağına gətiriblər. Burada Aqili döyərək onlara borclu olduğunu söyləyiblər. 

Halbuki Babayevin heç kəsə borcu olmayıb. Həmin dəstə Aqilin telefonlarını əlindən alaraq mobil telefonun yaddaşını silərək bağ evinin və Xətai rayonundakı mənzilin açarlarını götürüblər. Əvvəlcə bağ evindəki pullarını və qiymətli əşyalarını götürərək soyğunçuluqla əldə etdiklərinin əslində elə onlara aid olduğunu bildiriblər. Bu əməlləri başının dəstəsi ilə icra edən Anar adlı şəxs isə Aqilin telefonundan həyat yoldaşına mesaj yazaraq Xətai rayonunda onun yaşadığı evə daxil olub, mənzilin 5-ci mərtəbəsindən bütün zinyət əşyalarını, 9 milyon pulu götürərək BMV markalı avtomobillə aparıblar. Baş vermiş soyğunçuluq faktı üzrə heç bir istintaq hərəkəti aparılmayıb, hüquq-mühafizə orqanları hadisə yerinə baxış belə keçirilməyib. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edən Aqil Babayev özü şərlənərək həbs olunub. Faktik olaraq quldurluq və hədə-qorxu ilə Aqil Babayevə milyonlarla manat ziyan vuran bu qrup özünü “zərərçəkən” kimi təqdim edib və “oğru elə bağırdı ki…” prinsipi ilə hərəkət edib. “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki Aqil Babayevə və onun ailəsinə qarşı törədilən quldurluq cinayətin gunahkar şəxslərin kimliklərinim müəyyən edilərək barələrində heç bir tədbir görülməməsi və tam əksinə zərərçəkmiş Babayevlər ailəsinə qarşı ögey münasibətin göstərilməsi sözün əsl mənasında çox düşündürücüdür. Qanuna zidd əməlləri törədən şəxslərin barələrində heç bir qanuni tədbir görülməməkdə davam etdirilir. Aqil Babayevin qanunsuz olaraq həbs edilməsi və ağır cəza alması üçün qabaqcadan planlı şəkildə dəstə üzvləri əlavə şəxsləri də öz ətraflarına cəlb edərək, şər-böhtan xarakterli, qabaqcadan yalan olduğunu bilə-bilə uydurulmuş məlumatlar əsasında, Aqil Bayevin güya ki, özünü 12-ci İmam Mehdi Sahib Zaman kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul yığaraq dələduzluq etməsinə inandırmağa çalışaraq Aqil Babeyiv həbs olunması üçün süni və əsassız zəmin yaratmışlar. Aqil Babayevin həbsdə saxlanılmasına əsaslı səbəb gətirə bilmədiklərinə görə “zərərçəkən” şəxslər hansısa qüvvələrin himayəsi ilə ona “möcüzəvi insan” möhürü vuraraq və məntiqsiz, ağıla sığmayan açıqlamalar verərək, məhkəməni və dövlət qurumlarını ələ salıblar. Bundan əlavə, həmin “zərərçəkmiş” şəxslər qəsdən planlı şəkildə məhkəmənin gedişinə də süni maneələr törədərək, təqsirləndirilən şəxsi və vəkillərini söyüş-təhqir edib, hücum taktikasında olaraq işin obyektiv araşdırılmasına mane olub.

Baş verənlər Bakıdakı məşhur “Şaurma-1” restoranlarının sahibi Natiq Sadıqovun göstərişi ilə həyata keçiriıib. Çünki, Aqillə həmin restoranlar şəbəkəsini şərikli işlədiblər.

Aqil Babayevin həbs edilməsinin təşkil edilməsi üçün müvafiq dövlət orqanlarına yalan məlumatlar çıxış edən şəxslərin əməllərinin araşdırılmasının təmin edilməsi və Aqil Babayevin pozulmuş hüquq və azadlıqlarının bərpası üçün onun yaxınları və ailə üzvləri ölkə rəhbərliyinə müraciət edib.

Mövzunu davam etdirəcəyik…

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow