"Daha məni vurma" - Ramos Messi ilə nə danışdıqlarını dedi

Sep 28, 2024 - 10:54
 0
"Daha məni vurma" - Ramos Messi ilə nə danışdıqlarını dedi

Bu yay "Sevilya"dan ayrılan Serxio Ramos hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messi ilə PSJ-də oynadıqları dönəmdə birlikdə çıxdıqları ilk məşqdə nə danışdıqlarını açıqlayıb.

Fanat.az xəbər verir ki, "Inter Miami News Hub" ispan müdafiəçinin sözlərini belə çatdırıb:

"Birlikdə məşq edərkən Messi zarafatca dedi: "Unutma, biz artıq komanda yoldaşıyıq, daha məni vurma". Mən gülümsədim və cavab verdim: "Narahat olma, indi mən sənə kim yaxınlaşsa, onu vuracam".

Düzü, mən "Real"da, Messi "Barselona"da oynadığı vaxtlarda hərdən ona qarşı sərt oynamalı olurdum. Çünki bu, Lioneli saxlamağın yeganə yoludur. Onunla ilk dəfə eyni komandada oynayanda öz-özümə düşündüm: "Əla! Artıq Messi mənim tərəfimdədir".

Xatırladaq ki, Ramosla Messi 2021-ci ildə PSJ-yə keçiblər.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow