Azərbaycana ən çox turist bu ölkələrdən gəlir – Siyahı

Sep 26, 2024 - 21:36
 0
Azərbaycana ən çox turist bu ölkələrdən gəlir – Siyahı

Bu ilin ilk 8 ayı ərzində xarici ölkələrdən Azərbaycana 1 milyon 748 min 3 nəfər əcnəbi səfər edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbilərin 1 milyon 246 min 805 nəfəri ölkəyə turizm məqsədi ilə daxil olub.

Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Azərbaycana ən çox turist Rusiyadan gəlib. Şimal qonşumuzdan 8 ay ərzində ölkəyə 424 min 550 nəfər turist səfər edib.

Azərbaycana ən çox turistin gəldiyi 10 ölkə aşağıdakı kimi olub:
Rusiya – 424 550 nəfər;
Hindistan – 157 883 nəfər;
Türkiyə – 102 628 nəfər;
Səudiyyə Ərəbistanı – 74 993 nəfər;
Qazaxıstan – 49 487 nəfər;
Pakistan – 46 290 nəfər;
Gürcüstan – 39 298 nəfər;
Birləşmiş Ərəb Əmirlikləri – 30 648 nəfər;
Küveyt – 24 672 nəfər;
Çin – 23 876 nəfər.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow