Zelenski Trampla görüşə görə ABŞ səfərinin müddətini uzadıb – CNN
Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşmək üçün ABŞ-də qalacağı vaxtı uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Zelenskinin ABŞ-ni tərk edəcəyi gözlənilirdi, lakin Trampla görüş üçün qalacağı müddəti daha bir gün uzadıb.
Qeyd edək ki, bundan əvvəl Amerikanın eks-prezidenti Zelenski ilə sentyabrın 27-də Nyu-Yorkda görüşmək niyyətində olduğunu bildirmişdi.
Tramp “Truth Social” səhifəsində Zelenskinin onunla görüş təklif etdiyi məktubu dərc edib.
“Mən fikirlərinizi birbaşa sizdən eşitmək istəyirəm”, - deyə Ukrayna lideri məktubda yazıb.
“Hesab edirəm ki, bizim üçün şəxsi əlaqə yaratmaq və bir-birimizi 100% başa düşmək vacibdir”, - Ukrayna Prezidenti əlavə edib.
Xəbərə reaksiyanız necə oldu?