Respublikaçılar Zelenskiyə ABŞ səfərinə görə müraciət etdilər

Sep 27, 2024 - 12:21
Respublikaçılar Zelenskiyə ABŞ səfərinə görə müraciət etdilər

Ukrayna prezidenti Vladimir Zelenski respublikaçıları "itirməyib”, lakin o, artıq "ehtiyatlı” davranır, çünki Kapitoliya təpəsində Ukraynanın bəzi respublikaçı tərəfdarları Ukrayna liderinin Pensilvaniya ştatının Skranton şəhərindəki silah fabrikinə baş çəkməklə strateji səhvə yol verdiyinə inanırlar. Onların fikrincə, Zelenski prezidentlik yarışına da müdaxilə edərək, ABŞ-ın potensial Respublikaçı vitse-prezidenti J.D.Vensi son müsahibəsində "çox radikal” adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Politico yazır.

Respublikaçılar Zelenskinin yola gətirməli olduğu əsas elektoratdır, çünki Rusiya ilə gərginləşən münaqişə ikinci ildir ki, uzanır.
Lakin Pensilvaniyaya səfər – Vens haqda tənqid - Ukrayna prezidenti üçün çətinlik yarada bilər, üstəlik Rusiyaya güzəştə getmədiyinə görə tənqid etdiyi keçmiş prezident Donald Trampla münasibətdə də soyuqluq var”, – nəşr vurğulayır.

Materialın müəllifləri qeyd ediblər ki, seçkilərə iki aydan az vaxt qaldığı üçün Trampın müttəfiqləri ona qarşı istənilən qınaqlara, o cümlədən Zelenskinin demokratlarla mübarizənin getdiyi əsas dövlətə səfərinə həssas yanaşırlar.

"Mən sadəcə olaraq düşünürəm ki, hər hansı bir xarici liderin daxili siyasətimizə qarışması səhvdir və Ukraynanın daha çox dost qazanmağa ehtiyacı var - ona görə də hesab edirəm ki, bu, gərəksiz səhv idi. Məncə, o, bu səhvi təkrarlamamalıdır. Bizim Ukraynanı dəstəkləməyə davam etmək üçün geosiyasi səbəblərimiz var, ona görə də bir hadisəyə görə bunun dəyişəcəyini düşünmürəm”, - senator Con Kornin bildirib.

Eyni zamanda, Ukraynaya yardımın tərəfdarı olan Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin sədri Tom Koul (R-Okla.) Zelenskinin Pensilvaniyaya səfərinin "faydalı olmadığını” söyləyib, lakin Koul əlavə edib ki, cümə axşamı qanunvericilərin onunla görüşündə bu, "çox da" müzakirə olunmayıb.

"Başqa ölkə ilə iş gördüyünüz istənilən vəziyyətdə onun daxili siyasətinə qarışmaq axmaqlıqdır. Hər kəsə məsləhətim odur ki, Amerika siyasətindən kənarda qalsın. Xüsusilə qarşıdan gələn seçkilər zamanı və son həftələrdə problem yaratmayın. Onların qarşısında, "Tamamilə günahsız olsanız belə, etdiyiniz hər şey kontekstdən çıxarıla bilər", - Respublikaçı deyib.

UNIAN-ın xəbərinə görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson Zelenskidən Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarovanın Pensilvaniyaya təşkil etdiyi səfərə görə istefaya göndərilməsini tələb edir. Xüsusən də spiker bunu Kamala Harrisə dəstək və Amerika seçkilərinə müdaxilə üçün seçkiqabağı tədbir kimi qiymətləndirib.

"Bu həftə əsas ştatda [Pensilvaniya] partizan kampaniyası təşkil etdikdən sonra Ukrayna səfiri Oksana Markarova nümayiş etdirdi ki, bu ölkədə diplomat kimi vicdanlı və səmərəli xidmət etmək ona etibar edilə bilməz. Prezident Zelenski onu dərhal vəzifəsindən uzaqlaşdırmalıdır".

Eyni zamanda, Ağ Ev respublikaçıların Ukrayna prezidentinin silah fabrikinə səfərindən narazılığına cavab verib. Xüsusilə, Ağ Evin mətbuat katibi Karin Jan-Pier bu səfərdə qeyri-adi heç nə olmadığını vurğulayıb.

Onun sözlərinə görə, səfər Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub və xarici liderin ABŞ-a səfəri üçün Pentaqonun nəqliyyatından istifadə adi təcrübədir.

"Biz Nümayəndələr Palatasının respublikaçılarını belə siyasi şeylərdən əl çəkməyə çağırırıq", - rəsmi deyib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow