Tahir Mirkişili: biznesmen, yoxsa “sabun köpüyü” üfüləyən iqtisadçı?
Cəmiyyətimiz onun kimi hər şeydən danışıb, lakin xalqın xeyrinə heç nə danışmayan “hərşeyşünas”lardan qurtulmasa, bizə inkişaf yoxdur
Məlum olduğu kimi, YAP-çılar Milli Məclisi buraxmaq fikrinə düşəndən sonra sentyabrın 1-ə parlament seçkiləri təyin olunub. Artıq seçki kampaniyasının son mərhələsidir. Buyurulan, özün elan edən və digər təsadüfi namizədlər hazırda təşviqat və təbliğat işləri ilə məşğuldular. Təbii olaraq namizəd olmaq istəyənlərin kimliyi media və fəal seçicilər üçün çox önəmlidir. Ona görə ki, xalq yeni sima görmək istəyir.
Çünki xalqın gözləri bu qoca, limitini tükəndirmiş, “hərşeyşünas” biznesmenləri görməkdən “yağır” olub.
AzToday.az xəbər verir ki, onlardan biri də YAP-ın yenilənmiş siyahasında öz yerini qoruyub saxlayan Tahir Mirkişili adlı bir kişidir. Bu kişi digər YAP-çılara baxanda nisbətən aktiv olub, amma Dadaş Dadaşlinski deməşkən, “Tahir müəllim hər şey danışır, amma özündən başqa (bəlkə də elə özü də) heç kim onun nə danışdığını başa düşmür”. Ya da onun danışdıqlarının çox vaxt cəmiyyətimizə və ölkə iqtisadiyyatının indiki durumuna heç bir dəxli olmur.
Qeyd edək ki, əslən Qubadlı rayonunun Həmzəli kəndindən olan Tahir Mirkişilinin YAP-a nə vaxt qoşulması məlum olmasa da, ilk dəfə 2015-ci ildə 42-ci Sumqayıt 2-ci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş, həmin ildən Milli Məclisə üzv seçilib və iki çağırış parlamentdəki yerini qoruya bilib, üstəlik hakim partiyanın 2021-ci ildə keçirilən qurultayında YAP İdarə Heyətinə üzv də seçilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri olub. Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, İspaniya, İsveçrə, İtaliya, Kanada, Koreya, Litva, Niderland, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, habelə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin üzvüdür.
Cəmi 10 ildə bu qədər irəliləyiş əldə edən Sumqayıtın (Qubadlının) deputatının arxasında kimin dayandığını hələ tam çözə bilməsək də, T.Mirkişilinin Qaçqınlar və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə ortaq biznesi olması, göydələnlərin tikinti sahəsində, xüsusilə “Abşeron City” yaşayış komleksinin tikintisi ilə bağlı fəaliyyəti, o cümlədən qardaşı Şahin Mirkişilinin ortaq biznesi barədə mediada maraqlı xəbərlərə rast gəlmək mümkündür.
Mediada deputatın “QaçqınKom” rəhbərliyi ilə əlaqələri geniş olsa da, son 10 ildə nəinki Sumqayıtda, Bakıda, ya da rayonlarda məskunlaşmış öz yerlilərinin, köçkünlərin, heç Sumqayıt seçiçilərinin problemləri ilə də maraqlanmadığı çox yazılıb. Lakin Milli Məclisdə “dişə dəyən” deputat az olduğu üçün sırf xarici dil bildiyi üçün nümayəndə heyətinə daxil edilən və btün dünyanı gəzən T.Mirkişilini artıq 4 ildir ki, azad edilən Qubadlıya üz tutmağa belə vaxtı olmadığı da vurğulanır.
YAP-çı deputat Milli Məclisdə vaxtaşırı görmüklə, vergi və digər iqtisadi məsələlərlə dövlət məmurlarının təəsübkeşi kimi çıxş etdiyindən, büdcənin müzakirəsi zamanı mənimsənilən pulları, maxinasiyaları, korrupsiyaları ört-basdır etdiyindən yenidən onu “ödüləndirmək” üçün Tahir Mirkişilinin namizədliyi bu dəfə 43 saylı Sumqayıt ikinci seçki dairəsindən verilib. Bununla bağlı onu demək mümkündür ki, bu adamın xalqa, Sumqayıt camaatına heç bir dəxli yoxdur. Onu biznesinin ailəsinə və qardaşına, mandatının isə YAP-a dəxli var ki, lazım olanda kara gəlsin. Onun növbəti dəfə parlamentə düşməsi bizim üçün sadəcə faciədir, bədbəxtçilikdir.
Sözün kəsəsi, Tahir Mirkişili kimi kimi hər şeydən danışıb, lakin xalqın xeyrinə heç nə danışmayan “hərşeyşünas” biznesmen, yaxud “sabun köpüyü” üfüləyən iqtisadçılar var olduqca, cəmiyyətimiz və xalqımızı üçün inkişaf yoxdur.
Orxan Məmmədli
AzToday.az
Xəbərə reaksiyanız necə oldu?