Özbəkistan – Azərbaycan əməkdaşlığı üçün 5 milyonluq - TƏDBİRLƏR TƏŞKİL OLUNACAQ
“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “Özbəkistan – Azərbaycan əməkdaşlıq əlaqələrinin inkişafı üçün keçiriləcək bir sıra tədbirlərin təşkili xidmətləri” tenderinin nəticələrini elan edib.
Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Caspian Event Organisers” MMC olub.
Qalib şirkətlə 4 994 660 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
Xəbərə reaksiyanız necə oldu?