“Hizbullah” lideri öldürüldü – İsrail təsdiqlədi

Sep 28, 2024 - 21:22
 0
“Hizbullah” lideri öldürüldü – İsrail təsdiqlədi

İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiq edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.  

“Həsən Nəsrullah dünən (27 sentyabr) İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, - məlumatda bildirilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow