Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - Yeni təyinat

Sep 28, 2024 - 21:17
 0
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - Yeni təyinat

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov kadr dəyişikliyi həyata keçirib. 

Qaynarinfo-nun məlumatına görə, Vüqar Qurbanovun müvafiq əmri ilə Ramin Ağayev Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsindən azad edilib. 

Digər əmrlə Məmmədova Lamiyə Maarif qızı Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini icra edən təyin olunub. 


Elçin Ağayev

Qeyd edək ki, Vüqar Qurbanov bir müddət əvvəl müğənni Manaf Ağayevin oğlu, TƏBİB-in Monitorinq və Daxili Təhqiqat Departamenti şöbəsinin müdiri Elçin Ağayevi də vəzifəsindən azad edib. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow