"Çelsi"nin futbolçusundan rekord
“Çelsi”nin futbolçusu Koul Palmer İngiltərə Premyer Liqasında rekord vurub.
Qol.az xəbər verir ki, bu barədə "Opta Sport" nəşri məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi bu gün keçirilən “Çelsi” – “Brayton” matçının ilk hissəsində 4 qol vurub. Beləliklə, o, İngiltərə Premyer Liqasının tarixində birinci hissədə poker edən ilk futbolçu olub. Görüş London klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Koul Palmerin “Çelsi” ilə müqaviləsi 2033-cü ilə qədərdir.
Xəbərə reaksiyanız necə oldu?