"O, dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir" - Xosep Qvardiola

Sep 23, 2024 - 11:37
 0
"O, dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir" - Xosep Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisinin adını açıqlayıb.

Fanat.az xəbər verir ki, "Goal" onun sözlərini belə çatdırıb:

"Bu, Rodridir. O, hazırda dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir. Rodri "Qızıl" topun potensial sahibidir. Bu mükafatı qazanmasını çox istəyirəm".

Xatırladaq ki, Rodri "Atletiko Madrid"in yetirməsidir. Orta xətt oyunçusu 2019-cu ildən "Mançester Siti"nin uğurları üçün çalışır. Sözügedən futbolçu ötən mövsüm "şəhərlilər"lə İngiltərə Premyer Liqasının, Klublararası Dünya Çempionatının və Avropa Superkubokunun, yayda isə İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow