Kriştianu Ronaldu tarixin ən yaxşı klubunun adını açıqladı

Sep 11, 2024 - 15:43
 0
Kriştianu Ronaldu tarixin ən yaxşı klubunun adını açıqladı

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu tarixin ən yaxşı klubunun adını açıqlayıb.

Fanat.az xəbər verir ki, 39 yaşlı forvard şəxsi "YouTube" kanalında belə danışıb:

"Real" çox yaxşı görünür. Ora keçməmişdən öncə demişdim ki, "Mançester Yunayted"də olduğu kimi, "Real"da da tarix yazacam. Asan deyildi. Hələ gənc idim, 24 yaşımda fərqli ölkədə oynamalıydım. Ancaq həmin vaxt yaxşı köklənmişdim. Böyük çağırışı qəbul edib orada oynadığım üçün çox xoşbəxt idim. Öz bacarıqlarıma inanırdım.

İnsanlar bəzən "Real"ın Çempionlar Liqasında bəxtinin gətirdiyini deyirlər. Yox, bəxtləri gətirmir! Onlar belə anlara hazır olurlar. "Santyaqo Bernabeu"da başqa ab-hava, başqa enerji var. "Real" mənim üçün tarixin ən yaxşı klubudur".

Qeyd edək ki, hücumçu 2009-2018-ci illərdə Madrid təmsilçisində çıxış edib. O, bu müddətdə 438 oyuna çıxıb, 450 qol vurub və 131 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu "Real"ın heyətində 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow