"Özümü həmişə olduğumdan yüksəkdə hiss edirəm" - 29 milyona alınan qapıçı

Sep 27, 2024 - 21:21
"Özümü həmişə olduğumdan yüksəkdə hiss edirəm" - 29 milyona alınan qapıçı

"Çelsi"nin ötən il "Brayton"dan transfer etdiyi qapıçısı Robert Sançes planlarından danışıb.

Fanat.az xəbər verir ki, "Absolute Chelsea" onun sözlərini belə çatdırıb:

"Nəyə qadir olduğumun, bu komanda, bu futbolçular, bu məşqçi ilə nə qədər inkişaf edə biləcəyimin fərqindəyəm. Biz uğur əldə edəcək gücdəyik. Bu komanda ilə qələbələr qazanmaq istəyirəm. Özümü həmişə olduğumdan yüksəkdə hiss edirəm".

Xatırladaq ki, "zadəganlar" ispan qolkiperin transferi üçün "Brayton"a 29 milyon avro ödəyiblər. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow