Maurisio Sarri İngiltərəyə qayıdır - SON DURUM

Sep 26, 2024 - 11:50
Maurisio Sarri İngiltərəyə qayıdır - SON DURUM

İtaliyalı məşqçi Mauritsio Sarri İngiltərə Premyer Liqasında çalışmağa yaxındır. 

Fanat.az xəbər verir ki, bu barədə "Sport Witness" məlumat yayıb. 

Martda 2021-ci ilin yayından çalışdırdığı "Latsio"dan ayrılan 65 yaşlı mütəxəssis altı aydır ki, işsizdir. 

Mənbənin məlumatına görə, adı tez-tez Avropa klublarına mümkün təyinatla hallandırılan italiyalı mütəxəssisə bu dəfə "Everton" elçi düşüb. Liverpul klubunun rəhbərliyi mövsümə uğursuz start verən komandanın hazırki baş məşqçisi Şon Dayşı istefaya göndərməyə hazırlaşır. 

Mauritsio Sarri 2018-2019-cu illər arasında "Çelsi"də işlədiyi vaxtdan ingilis futbolu ilə tanışdır. 

"Everton" Premyer Liqada 5 turdan sonra 1 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow