Baş məşqçisi Neymarın zədəsi ilə bağlı nə danışdı?

Sep 25, 2024 - 21:43
Baş məşqçisi Neymarın zədəsi ilə bağlı nə danışdı?

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın baş məşqçisi Jorje Jezuş komandanın zədəli ulduzu Neymarın yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, "Goal" onun sözlərini belə çatdırıb:

"Neymar yalnız "Əl-Hilal" deyil, ümumilikdə Səudiyyə Ərəbistanı liqası üçün vacib oyunçudur. Amma onun nə vaxt oynayacağını dəqiq deyə bilmərəm. Biz Neymarın vəziyyətini yanvar ayında bir daha qiymətləndirəcəyik".

Xatırladaq ki, Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib. O, "Əl-Hilal"da cəmi 5 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow