"Kaş atam sağ olaydı" - Ronaldudan duyğusal açıqlama
“Əl-Nasr”ın hücumçusu Kriştianu Ronaldu Asiya Elit Çempionlar Liqasının 2-ci turunda “Ər-Rayyan”la oyunda (2:1) vurduğu qoldan duyduğu emosiyaları bölüşüb.
Fanat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano portuqaliyalı ulduz futbolçunun dediklərini belə çatdırıb:
"Bugünkü qol sevincimin fərqli mənası var... Kaş atam sağ olaydı... Bu gün onun ad günüdür".
Qeyd edək ki, Ronaldu karyerasında 904-cü qolunu vurub.
İki turda 4 xal toplayan "Əl-Nəsr" Asiya Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də səfərdə İranın “İstiqlal” komandasına qarşı keçirəcək.
Xəbərə reaksiyanız necə oldu?