Son bir ildə evlərdəki kompüterlərin sayı 3 dəfə artıb - Komitədən maraqlı statistika
Azərbaycanda hər 100 ev təsərrüfatında 111,7 ədəd kompüter mövcud olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Komitənin məlumatında göstərilir ki, ev təsərrüfatlarında mövcud olan kompüterlərin sayı son bir il ərzində 2,9 dəfə artıb. Belə ki, əvvəlki ildə hər 100 ev təsərrüfatında 38,3 ədəd kompüter mövcud olub.
Azərbaycanda təxminən 2,4 milyon ev təsərüfatının olduğunu nəzərə alsaq, bu son bir il ərzində evlərdəki kompüterlərin sayının 1,7 milyondan çox artması deməkdir.
Qeyd edək ki, ev təsərrüfatlarında kompüterə olan tələbatın son bir ildə bu qədər kəskin artmasının hansı səbəblərdən baş verdiyi barədə Dövlət Statistika Komitəsindən açıqlama verilməyib.
Xəbərə reaksiyanız necə oldu?