İcra Hakimiyyəti 19 milyon manatlıq kommunal təyinatlı texnikalar alır - SİYAHI
Naxçıvan Şəhər İcra Hakimiyyəti (ŞİH) xüsusi təyinatlı texnikaların alınması ilə bağlı tender elan edib.
İqtisadiyyat.az xəbər verir ki, yerli icra hakimiyyəti orqanı şəhərin kommunal təsərrüfat xidmətləri üçün texnikalar alır.
Belə ki, 23 ədəd tullantı daşıyan yük avtomobili, 14 ədəd avtoçəllək, 6 ədəd küçə süpürmək üçün kommunal texnika, 3 ədəd qar təmizləyən avtomobil, hərəsindən bir ədəd olmaqla təkərli ekskavator, ekskavator yükləyici, asfaltkəsən, mini bus və işçi heyətinin daşınması üçün 3 ədəd yük sərnişin avtomobili alır.
Bundan başqa, qurum daha bir neçə ədəd də texnika sifariş verib.
Naxçıvan ŞİH texnikaların alınmasına 19 milyon manatdan çox vəsaitin sərf olunacağını ehtimal edir.
Xəbərə reaksiyanız necə oldu?