Bəşər Əsədin qardaşı da öldürüldü – KİV

Sep 30, 2024 - 13:08
Bəşər Əsədin qardaşı da öldürüldü – KİV

Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin İsrailin zərbəsi nəticəsində öldürüldüyü bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi İsrail mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) Suriya ordusunun 4-cü Zirehli Diviziyasının qərargahına hücum edib, hansı ki bu diviziyaya Bəşər Əsədin qardaşı komandanlıq edir.

İsrail mənbələri Mahir Əsədin öldüyünü iddia etsə də, xəbərlər hələ ki, təsdiqini tapmayıb.

Qeyd edək ki, general-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow