Neymar "Əl-Hilal"la müqaviləni yeniləməyəcək - Braziliyalının yeni klubu bəllidir
2023-cü ilin yayında 90 milyon avroya Səudiyyə Ərəbistanı "Əl-Hilal"ına keçən Neymar klubu ilə müqaviləni yeniləməyəcək.
Fanat.az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı braziliyalı hücumçu yeni çağırış axtarışındadır. O, yayda Yaxın Şərqi tərk etməyə hazırlaşır.
Braziliyalının doğma "Santos" klubuna qayıdacağı bildirilir.
Neymarın "Əl-Hilal"dakı dövrünü fəlakət kimi qələmə vermək olar. Cinah oyunçusu Səudiyyə Ərəbistanı klubunda cəmi 5 oyuna çıxa bilib.
Xəbərə reaksiyanız necə oldu?