GDU-da tələbələrdən rüşvət alınmasının kadrları yayıldı

Sep 30, 2024 - 17:03
GDU-da tələbələrdən rüşvət alınmasının kadrları yayıldı

Sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Qüdrət Verdiyevin məzun olmuş tələbələrdən rüşvət almasını əks etdirən kadrlar yayılıb.

Yeniavaz.com xəbər verir ki, kadrlardan pul vəsaitinin tələbələrdən diplomlarını götürmələri üçün tələb olunduğu başa düşülür.

Məsələ ilə bağlı Gəncə Dövlət Universiteti ilə əlaqə saxladıq. Təhsil müəssisəsindən Yeniavaz.com-a bildirildi ki, Q. Verdiyev artıq öz ərizəsi ilə işdən çıxıb.


Qüdrət Verdiyev

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow