Azərbaycan əhalisinin sayı açıqlandı

Oct 15, 2024 - 13:00
Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10 209 603 nəfərə çatıb.

AzToday.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow