Baena İspaniya nəhənginin əsas transfer hədəfidir - Bu qiymətə ala bilər

Oct 14, 2024 - 13:28
Baena İspaniya nəhənginin əsas transfer hədəfidir - Bu qiymətə ala bilər

"Vilyarreal"ın və İspaniya millisinin hücumameyilli yarımmüdafiəçisi Aleks Baena karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, "Atletiko Madrid" Baenanı 2025-ci ilin ilin yayında sıralarına cəlb etməyi hədəfləyib. Mənbə sözügedən oyunçunun paytaxt təmsilçisinin əsas transfer hədəfi olduğunu və bu keçidin 60 milyon avroya reallaşa biləcəyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm klubunda və millidə ümumilikdə 9 matça çıxan Aleks 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Vilyarreal"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı Baenanın transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow