Messi dubl edib karyerasındakı 46-cı kuboka sahib çıxdı

Oct 3, 2024 - 09:59
Messi dubl edib karyerasındakı 46-cı kuboka sahib çıxdı

"İnter Mayami" səfərdə ən yaxın izləyicisi "Kolumbus"u 3:2 hesabı ilə məğlub edərək MLS-in müntəzəm mövsümünün erkən qalibi olub.

Fanat.az xəbər verir ki, Devid Bekhemin komandasının əsas ulduzu Lionel Messi bu oyunda dubla imza atıb.

Matçın başa çatmasından dərhal sonra komandaya kubok təqdim olunub. Klubun həmsahibi Xorxe Mas paltardəyişmə otağında bütün komandanın qarşısında onu təntənəli şəkildə Messiyə təqdim edib.

Lionel Messi üçün bu kubok karyerasında 46-cı olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow