"Bakcell" müştərilərinin telefonuna müdaxilə edir? - Açıqlama

Oct 3, 2024 - 08:23
"Bakcell" müştərilərinin telefonuna müdaxilə edir? - Açıqlama

""Bakcell" şirkəti öz komputerləri vasitəsilə müştərilərinin telefon ayarlarına daxil olub oğurluq edir".

Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar yayılıb.

""Bakcell" operatorları öz kompyuterləri vasitəsi ilə telefonumuzun ayarlarına müdaxilə edirlər. Orda bizi müxtəlif tariflərə qoşurlar, bağlı olan interneti aktivləşdirirlər. İstədikləri qədər bizi soyub balansımızı sıfırlayırlar. Nömrəmi "Azerccel"-ə daşımaq istəyirəm 2 dəfə imtina veriblər. İkinci bəhanələri - deyirlər borcun var. Nömrəm də abunə deyil. Borc necə yaranıb?".
 
Qlobal.az məsələ ilə bağlı "Bakcell" şirkətindən mövqe öyrənib. 
 
Şirkətdən yayılan xəbərin mümkün olmadığı bildirildi. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow