Xankəndidə buzlaşan yolların açılması üçün “bahalı duzdan” istifadə olunacaq?

Oct 2, 2024 - 15:44
Xankəndidə buzlaşan yolların açılması üçün “bahalı duzdan” istifadə olunacaq?

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ehtimal qiyməti 40 min 592 min manat olan tender müsabiqəsi (Açıq tender) elan edib.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Xankəndi şəhərində yolların buzlaşması əleyhinə istifadə olunacaq 120 ton texniki duzun satın alınması və çatdırılması ilə bağlıdır.

Açıqlanan məlumatdan belə görünür ki, Xankəndi şəhəri üçün alınacaq texniki duzun 1 tonu üçün 338 manatın ödənilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, təxminən bir neçə ay əvvəl “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” də Şuşa şəhərində yolların buzlaşması əleyhinə 115 ton texniki duzun satın alınması ilə bağlı tender keçirib və duzun 1 tonu üçün 212 manat ödəyib. Bu qiymətə duzun alınması və Şuşa şəhərinə çatdırılması da daxildir.

Təxminən bir ay əvvəl Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti də texniki duzun satın alınması ilə bağlı tender elan edib. Bakı şəhəri üçün alınacaq duzun 1 tonu üçün 132 manatın ödənilməsi nəzərdə tutulub. Ötən il isə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti xam duzun 1 tonunu 114 manata satın alıb.

Açıqlanan məlumatlardan da göründyü kimi, Xankəndi şəhəri üçün alınacaq texniki duza görə ödənilməsi nəzərdə tutulan vəsait analoji göstəricilərdən çox yüksəkdir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow