İquainlə Messi bir komandada
Argentina millisinin sabiq futbolçusu Qonsalo İquainin yeni iş yeri bəlli olub
Qol.az xəbər verir ki, 36 yaşlı keçmiş hücumçu sabiq komanda yoldaşı Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubunun məşqçisi təyin olunub.
Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Real", "Yuventus" və "Napoli"də oynamış İquayn 2022-ci ildə karyerasını bitirib.
Xəbərə reaksiyanız necə oldu?