“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"

Oct 1, 2024 - 16:52
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"

“Əziz dostlar, jurnalist həmkarlar!

Zəif görməmlə bağlı ötən ilin oktyabrında “Batıgöz” klinikasında “Gülşən Dikmən”ə excimer lazer əməliyyatı etdirdim. Təəssüf ki, əməliyyat uğursuz keçdi. Həkim gözümə yanlış dərəcələr vurdu. Görmə qabiliyyətim əvvəlkindən daha da bərbad oldu, o gündən həyatım qaraldı. Hər şeyi çox və hərəkətli gördüm, gözümün dərəcələri oynayırdı. Bu məsələdən sonra “həkim” xəstəxanadan uzaqlaşdırıldı”.

Moderator.az xəbər verir ki, bu sözləri jurnalist Xəyalə Zöhrab qeyd edib:

“Yanvar ayında Nəsimi rayon Prokurorluğuna dəfələrlə müraciət etdim. Bütün dəlilləri təqdim etdim, may ayında ekspertizaya çağırıldım. Ekspertizada “bu gözü kim bu hala salıb?! Yaxasından yapış, çarəsi yoxdur, zədələnib” dedilər.

“Gülşən Dikmən” deyəndə, qəh-qəhələr otağı bürüdü. Sən demə, xanımın “yuxarılarda” adamı varmış, məsələyə heç bir dövlət orqanı baxmayacaqmış, boşuna müraciət etmişəmmiş, mən onun ilk uğursuz əməliyyat etdiyi pasient deyiləmmiş, məsələ bağlanacaqmış və s.

Dedim nə olar, o bağlayar, mən də jurnalistəm, təkrar açaram.

Uğursuz əməliyyata görə, gözümü itirmək risqi yaşadıq və ikinici dəfə əməliyyat (may ayında) olundum. Bu əməliyyat görməni düzəltmək üçün deyildi, sadəcə gözə vitamin verib, tutulmağının, daha da bərbad hala düşməsinin qarşısını almaq üçün idi...

“Nəsimi Rayon Prokurorluğu” ekspertizadan bəri məni axtarıb, məsələ ilə bağlı məlumat verməyib. Niyə? Kiminsə adamınamı görə? Ümidvaram, dövlətin qanunlarına hər kəs layiqincə əməl edəcək. Axı hər gün bar-bar bağırırsınız ki, biz hüquqi dövlətdə, ədalətli cəmiyyətdə, insana dəyər verilən məmləkətdə yaşayırıq. Niyə ədalətin tərəzisinini çaşdırırsınız?

“Gülşən Dikmən” siz necəsiniz? Bu bir ildə bir dəfə zəng edib, yarıcan buraxdığınız xəstənizi axtarıb aramadınız. Siz soruşmadınız, dedim mən soruşum. Heç çağırıb maraqlanmadınız ki, vəziyyətin necədir? Sizin məsuliyyətsizliyiniz, qeyri-peşəkarlığınız ucbatından mən indi bahalı bir silikon gözə möhtac qalmışam. Müraciət etmədiyim həkim – professor qalmayıb, gözlərimi elə günə qoymusunuz ki, çarə yoxdur deyir, yaxın durmurlar. Növbəti dəfə əməliyyat olunsam, görmə tamamilə itəcək. Bəs siz nə düşünürsünüz? Artıq, düşünməyinizə ehtiyac da yoxdur, nə telefonları açın, nə də düşünün, siz ucuz reklamla gözlər kor etməyə davam edin.

İnşəalla məhkəmədə görüşəcəyik.

P.S “Batı göz” Kilinikasına təşəkkür edirəm. Başda “Şeref Öğretmenoğlu” olmaqla, ödənişsiz müayinələri və mənəvi dəstəyi üçün minnətdaram. Mayda edilən ikinci əməliyyatımın maddiyatını qarşıladılar. Silikon linza almağım üçün yol göstərdilər. Sonsuz təşəkkür! Kaş keçmiş işçiniz də sizin kimi vicdanlı olaydı”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow