Ronaldu yenə fərqləndi, Pioli debütdə qələbə qazandı

Sep 21, 2024 - 12:37
 0
Ronaldu yenə fərqləndi, Pioli debütdə qələbə qazandı

"Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası mövsümdə ikinci qələbəsini qazanıb. 

Fanat.az xəbər verir ki, Ər-Riyad klubu 4-cü tur çərçivəsində səfərdə mövsümə ardıcıl üç qələbə ilə başlayan “Əl-İttifaq”la qarşılaşıb. 

"Əl-Nəsr"in yeni baş məşqçisi Stefano Pioli özünün debüt oyununda böyükhesablı qələbəyə sevinib. Matçda hesabı 33-cü dəqiqədə penaltidən Kriştianu Ronaldu açıb. Digər qolları Salem Əl-Najdi və Anderson Talişka vurublar. 

“Əl-Nasr” 4 turda topladığı xalların sayını 8-ə çatdıraraq 4-cü pilləyə yüksəlib. “Əl-İttifaq” 9 xalla 1-3-cü yerləri bölüşdürür. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow