Ten Haqa bir həftə möhlət verildi - Əvəzləyicisi də bəllidir

Oct 1, 2024 - 21:14
Ten Haqa bir həftə möhlət verildi - Əvəzləyicisi də bəllidir

Erik ten Haq bu həftə "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər. 

Fanat.az xəbər verir ki, niderlandlı mütəxəssis üçün “Portu” (Avropa Liqası) və “Aston Villa” (Premyer Liqa) ilə qarşıdakı matçlar taleyüklü olacaq. 

Məlumatı "Transfer News Live" yayıb. Mənbənin məlumatına görə, “Mançester Yunayted” postundan qovulacağı halda, rəhbərlik Ruud van Nistelroyun namizədliyini nəzərə alacaq. Plana görə, van Nistelroy müvəqqəti olaraq “qırmızı şeytanlar”a rəhbərlik edəcək. Özünü doğrultsa, onun baş məşqçi kimi təsdiqlənməsi nəzərdə tutulub.

Ruud van Nistelrooy hazırda Erik ten Haqın məşqçilər korpusunda yer alır. 

"Mançester Yunayted" Premyer Liqa turnir cədvəlində 12-ci pillədə yer alır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow