Qvardioladan tarixi rekord - Ferqyusonu geridə qoydu
"Mançester Siti" ötən gün Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turu çərçivəsində "Slovan"ı 4:0 hesabı ilə məğlub edib.
Fanat.az xəbər verir ki, matç "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.
"Opta"-nın məlumatına görə, bu, Qvardiolanın Çempionlar Liqasında bir komanda ilə 4 və daha böyük top fərqi ilə 13-cü qələbəsi olub.
Bu göstərici ilə o, vaxtilə “Mançester Yunayted”in sükanı arxasında 12 belə qələbə qazanan Aleks Ferqyusonun rekordunu yeniləyib.
Xəbərə reaksiyanız necə oldu?