Azərbaycanda 2020-ci ildən bəri neçə nəfər mina qurbanı olub?

Oct 14, 2024 - 19:49
Azərbaycanda 2020-ci ildən bəri neçə nəfər mina qurbanı olub?

“Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanına çevrilib”.

AzToday.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

“Ermənistanın davam edən mina terroru nəticəsində bu gün Qazaxda mina partlayışında daha bir Azərbaycan vətəndaşı yaralanıb. Keçmiş münaqişənin bitməsinə, 2020-ci ildən bəri 381 nəfərin mina qurbanına çevrilməsinə baxmayaraq, Ermənistan düzgün mina xəritələrini verməkdən imtina edir. Bu da ölkənin sülh və normallaşma prosesində iddia edilən səmimi iştirakına ziddir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”, - məlumatda deyilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow