Zelenski Şimali Koreya hərbçilərinin rusların tərəfində Ukraynaya qarşı döyüşdüyünü bildirib

Oct 14, 2024 - 16:04
Zelenski Şimali Koreya hərbçilərinin rusların tərəfində Ukraynaya qarşı döyüşdüyünü bildirib

Reuters: KİYEV (“Reuters”) - Ukrayna prezidenti Vladimir Zelenski bazar günü deyib ki, Şimali Koreyanın Ukraynadakı rus qoşunlarına insan və silah verməsi fonunda ölkəsinin müdafiə tərəfdaşları ilə münasibətlər dəyişməlidir.

Kreml cümə axşamı Şimali Koreyanın Rusiyaya Ukrayna ilə mübarizədə kömək etmək üçün müəyyən səyda hərbçi göndərdiyi və daha geniş yerləşdirməni nəzərdən keçirə biləcəyi ilə bağlı Cənubi Koreyanın iddialarını rədd edib.

Zelenski axşam videomüraciətində deyib: “Biz Rusiya ilə Şimali Koreya kimi rejimlər arasında ittifaqın gücləndiyini görürük”. “Söhbət təkcə silah verilməsindən yox, Şimali Koreyadan işğalçı silahlı qüvvələrə döyüşçülər göndərilməsindən gedir”.

“Aydındır ki, belə bir şəraitdə tərəfdaşlarımızla münasibətlərimiz inkişaf etməlidir”, - deyə o əlavə edib. "Cəbhə xəttinin daha çox dəstəyə ehtiyacı var. Biz təkcə hərbi texnika siyahısından deyil, Ukrayna üçün daha uzun mənzilli vasitələrdən və qüvvələrimizə daha dayanıqlı təchizatdan danışırıq".

Cənubi Koreyanın müdafiə naziri Kim Yen Hen çərşənbə axşamı bildirib ki, Şimali Koreyanın Ukrayna ilə müharibəsində Rusiyaya kömək etmək üçün qoşun yerləşdirə biləcəyi “ehtimalı yüksəkdir".

Kim həmçinin parlament dinləmələrində Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərə endirdiyi zərbə nəticəsində Şimali Koreyalı hərbçi zabitlərinin öldürülməsi ilə bağlı xəbərlərin, böyük ehtimalla, həqiqətə uyğun olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı Şimali Koreyanın Ukraynaya döyüşmək üçün qoşun göndərib-göndərməməsi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib: “Bu, növbəti saxta xəbərə bənzəyir”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow