"Real Madrid"in ulduzu karyerasını bitirə bilər - SƏBƏB

Oct 14, 2024 - 20:45
"Real Madrid"in ulduzu karyerasını bitirə bilər - SƏBƏB

"Real Madrid"in və Avstriya millisinin müdafiəçisi David Alaba 32 yaşında karyerasını bitirə bilər. 

Fanat.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Xəbərə görə, uzun müddətdir zədədən əziyyət çəkən Alabanın dizində sümük sürtünməsi var və o, yeriyərkən belə şiddətli ağrılar yaşayır. Mütəxəssislər avstriyalının çətin məşqlərin öhdəsindən gələ bilməyəcəyini proqnozlaşdırırlar. 

Xatırladaq ki, daha əvvəl avstriyalının ön xaçvari diz bağının qopmasından əziyyət çəkdiyi və 2024-cü ildə oynamayacağı açıqlanmışdı. O, ötən mövsüm La Liqanın 17-ci turunda "Vilyarreal"a matçda ciddi zədə almışdı. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow