İşğaldan azad edilən Şərqi Zəngəzurun əhalisi İmamverdi İsmayılovdan canını qurtara bilmir
Özündən başqa heç kimə xeyri dəyməyən, ağzını açmağa belə ərinən köçkünlərin deputatı 30 ildir yalnız varidat yığmaqla məşğul olub
30 ilə yaxındır Milli Məclisədə özünə məskən salanlardan biri də 125 saylı Zəngilan - Qubadlı seçki dairəsindən yenidən namizəd olan İmamverdi İbiş oğlu İsmayılovdur. Bu şəxs ixtisasca jurnalist olsa da, həmkarları müstəqil Azərbaycan naminə yazı yazıb, qəzet açıb, qələm çalıb cəmiyyətə xeyir verməklə məşğul olanda hansısa gizli əlin himayədarlığı ilə İmamverdi İsmayılov sovet dövründən qalma “Mətbuat fondu”na illərlə rəhbərlik etdi. İşinin adı da hər il diplom, fəxri fərman, plaket paylamaq oldu.
Eyni zamanda yenə əksər həmkarlarından fərqli olaraq ta bineyi-qədimdən, Milli Məclis yaranandan İmamverdi İbişoğlu 6 çağırış mandat yiyəsi olub. Onun haqqında internetdə yerə alan məlumatlar nəhəng şəxsin boyundan da böyükdür. Məsələn, yazıblar ki, “siyasətçi”dir. Onun hansısa aktiv siyasi fəaliyyətini nəinki işğal olunmuş Zəngilandan olanlar, heç Bakıdakı əhali də görməyib. Yazıblar ki, “dövət xadimi”dir. Bildiyimiz qədəri ilə İmamaverdi İsmayılov heç vaxt dövlət vəzifəsi daşımayıb. AzToday.az xəbər verir ki, jurnalistika fakültəsini bitirdikdən sonra televiziyada, 1990-92-ci illərdə də “Kirpi” jurnalında çalışıb. Onun xadimliyi də, dövlətə xidməti də həmin ildən bitib. “Mətbuat fondu”nun sədri olmasına gəlincə, onun hansı qurumun tabeliyində olduğu, nə vaxt yarandığı, nə vaxt ləğv olunduğu, doğrudan da ləğv edildiyi də bəlli deyil... Ona görə ki, onun üstünə KİVDF yarandı da, ləğv edildi də, Vüqar Səfərli “srok”a da getdi, amma bu gün Milli Məclisin saytında İmamverdi İsmayılovun Azərbaycan Respublikası “Mətbuat fondu”nun sədri olduğu yazılıb (???).
İndi isə keçək keçmiş “Kirpi”çinin YAP-çı olmasına. Qeyd etdiyimiz kimi, səssiz-sakit şəkildə hansısa gizli əl onu vaxtilə YAP-ın Siyasi Şurasına da otuzdurub. 1995-ci ildən təmsil etdiyi Şərqi Zəngəzur əhalisinə də qayğı göstərməyib ki, məhz onlar dəfələrlə İmamverdi İsmayılovu mandatla mükafatlandırsınlar. Sonuncu seçkilərdə isə namizd olduğu dairədə çoxsaylı məntəqələrin nəticələrinin ləğv olunması belə onun deputatlığının yolunu bağlamadı (İqbalların, Raufların yolunu kəssə də).
Budur, namizədliyini verən, daha doğrusu, YAP-ın vaz keçə bilmədiyi qocaman və nəhəng İ.İsmayılov yenidən Zəngilan və Qubadlını təmsil etmək istəyir. Amma sual olunur ki, son 29 ildə bu adam doğrudanmı Şərqi Zəngəzur əhalisini təmsil edib? Mətbuatın yazdığına görə, illər uzunu Laçın, Qubadlı, Zəngilan rayonlarının deputatı olan İmamverdi İsmayılov nə onların gözünə görünüb, nə də Milli Məclisdə köçkün əhalinin problemlərindən danışıb. İstər keçmişi jurnalist olsun, istər həkim əksər YAP-çılar kimi İmamverdi İsmayılov da ancaq özünə, oğluna və ailəsinə gün-güzəran yaratmaq üçün çalışıb.
Medianın məlumatına görə, İ.İsmayılov da deputat-biznesmenlərin siyahısına düşməyə layiqdir. Çünki mətbuta yazır ki, onun Sumqayıtda irili-xırdalı xeyli obyekti var – restoranları, şadlıq evləri, və mağazaları sadə camaatın da dilindədir. Deyilənlərə inansaq, tikinti materialları bazarına və Sumqayıt maşın bazarına ortaqdır, Şamaxıda fermer təsərrüfatı, İmişlidə çınqıl karxanası da var. Sumqayıtda özünə villa tikdirib, onun tikintisinə 700 min manatdan çox pul xərcləyib. İddiaya görə, “10-AA-706” dövlət nömrə nişanlı “Mercedes S-Class” və “10-EE-888” dövlət nömrə nişanlı “Lexus” markalı maşınlar da onun ailəsinə məxsus olub. Məlumata görə, 999 və 888 seriya nömrələri yalnız İsmayılovlar ailəsinə məxsusdur.
Onun polisdə işləyən oğlu İlkin İsmayılovin adı nömrə alverində, 7-8 il əvvəl isə Qubada hoteldə qətlə yetirilən Könül Zalovanın ölümü ilə bağlı iş üzrə hallanırdı. İlkinlə bağlı daha bir qalmaqallı məsələ məktəb direktorunu şagirdlərin önündə döyməsi xəbəri olmuşdu. Bundan başqa, İmamverdi İsmayılovun adı MTN işində də keçib. O zaman həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin istintaqı zamanı onun arxasında dayanan şəxslərdən birinin Milli Məclisin üzvü İmamverdi İsmayılov olduğu və onun qəzet vasitəsilə bəzi məmurlar haqqında informasiyalar yazdırdığı da qeyd edildmişdi.
Köçkünlərə yardıma gəlincə, Sumqayıtda payladığı undan onların zəhərlənməsi olub. Sonradan məlum olub ki, məcburi köçkünlərə yardım üçün başqa ölkədən gələn, lakin uzun illər anbarda qaldıöı üçün yararlılıq müddəti keçmiş unu öz adından paylayan İ.İsmayılov beləcə biabır olub. Amma onun heç vecinə də deyil. Ona görə ki, yenə mətbuatın yazdına görə, iştirak etdiyi məclislərin birində İ. İsmayılov seçicilərə borcu olmadığını, haqqını lazım olan yerlərə verib, mandat aldığını (???) bildirib. Onun seçicilərə qarşı etinasızlığının səbəbi də bu olsa gərək.
Əlqərəz, bu minvalla Şərqi Zəngəzur erməni işğalından azad olunsa da, nə Zəngilan – Qubadlı camaatı, nə də Milli Məclis İmamverdi İsmayılovdan canını qurtara bilir. Özündən başqa heç kimə xeyri dəyməyən, ağzını açmağa belə ərinən köçkünlərin deputatı 30 ildə yalnız özünə varidat yığıb. Azad edilən Şərqi Zəngəzurdan deputat seçilmək istəyən İ.İsmayılovun Zəngilana qaytımağı da sual altındadır. Bakıda yığdığı varidatı qoyub, sadə zəngilanlılarla birlikdə doğma yurduna qayıtmaz. Bunu bilə-bilə gərək zəngilanlılar və qubadlılar İmamverdi İsmayılvoa səs verməyələr.
Orxan Məmmədli
AzToday.az
Xəbərə reaksiyanız necə oldu?