Neymar özünə ada aldı - Milyonlar xərclədi

Oct 7, 2024 - 08:23
Neymar özünə ada aldı - Milyonlar xərclədi

"Əl-Hilal"ın hücumçusu Neymar İlha dos Japao adasını almaq istəyir. 

Fanat.az xəbər verir ki, bu barədə "Portal Leo Dias" məlumat yayıb.

Xəbərə görə, ada Rio-de-Janeyro əyalətinə aid Angra dos Reis bələdiyyəsində yerləşir.

Adanın sahəsi 2,5 hektardır. Oraya yalnız helikopter və ya qayıqla gələ bilərsiniz. Beş yataq otağı və yeddi vanna otağı olan yaşayış sahəsi 10 nəfərə qədər qonaq qəbul edə bilər.

Mülk ilkin olaraq 74 milyon real (təxminən 12,35 milyon avro) dəyərində qiymətləndirilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow