Ronaldonun 200-cü startı

Oct 16, 2024 - 11:36
Ronaldonun 200-cü startı

Millətlər Liqasının 4-cü turunda Şotlandiya ilə matçı (0:0) Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 39 yaşlı hücumçu görüşdə meydana start heyətdə çıxıb və sonadək oynayıb. Bu, Ronaldonun millinin ilk "11-liy"inə daxil olduğu 200-cü oyun kimi qeydə alınıb.

Futbolçu Portuqaliya millisinin start heyətində ilk dəfə 2003-cü il oktyabrın 11-də Albaniya ilə yoldaşlıq oyununda (5:3) meydana çıxıb.

Ümumilikdə Ronaldo Portuqaliya millisi ilə bütün turnirlərdə 216 oyun keçirib, 133 qol vurub və 45 qolun ötürməsini verib. Həmçinin bu görüşlərdə hücumçu 31 sarı vərəqə alıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow