"Azadlıq" radiosunun keçmiş jurnalisti Rza Vəlizadə Tehranda həbs edildi

Oct 16, 2024 - 13:08
"Azadlıq" radiosunun keçmiş jurnalisti Rza Vəlizadə Tehranda həbs edildi

ABŞ-ın "Azad Avropa/Azadlıq Radiosu” media korporasiyasının keçmiş əməkdaşı Rza Vəlizadə Tehranda həbs edilib. 

Qaynarinfo xəbər verir ki, "Azadlıq” radiosunun öz mənbəsinə istinadən verdiyi məlumata görə, o, təxminən üç həftə əvvəl uzun illər xaricdə yaşadıqdan sonra İrana qayıdarkən saxlanılıb.

İran və ABŞ vətəndaşlığı olan Vəlizadə xarici media ilə əməkdaşlıqda ittiham olunub.

Jurnalist "Radio Fərda” (AzadlıqRadiosunun Fars xidməti) üçün çalışsa da, 2022-ci ilin noyabrında oranı tərk edib. Avqust ayında o, X hesabında İrana qayıtmağı planlaşdırdığını və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri ilə danışıqların "yarıyadək” aparıldığını yazıb.

"Azadlıq” radiosunun qeyd etdiyi kimi, İran hakimiyyəti müxtəlif vaxtlarda ikili vətəndaşlığı olan bir çox iranlını müxtəlif cinayətlərdə ittiham edərək həbs edib. Təhlükəsizlik xidmətlərinin İranda yaşayan qohumlarına təzyiq göstərərək insanları ölkəyə qayıtmağa məcbur etməsi halları məlumdur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow