Türkiyədə güclü zəlzələ oldu

Oct 16, 2024 - 13:03
Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə 5.9 bal gücündə zəlzələ olub.

Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Malatya vilayətinin Kale rayonunda qeydə alınıb.

Zəlzələ yerin təxminən 10,07 kilometr dərinliyində baş verib.

Təbii fəlakət ətraf vilayətlərdə də hiss edilib.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə “X” hesabında aidiyyəti qurumların AFAD-la birgə ərazi araşdırmalarına başladığını bildirib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow