“Üçüncü dünya müharibəsinin yaxın aylarda başlaya biləcəyindən narahatam” - Tramp

Oct 13, 2024 - 12:07
“Üçüncü dünya müharibəsinin yaxın aylarda başlaya biləcəyindən narahatam” - Tramp

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaxın dörd ayda üçüncü dünya müharibəsinin başlaya biləcəyindən ehtiyat etdiyini bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, Kaliforniyadakı tərəfdarları ilə görüşündə deyib.

“Yaxın üç-dörd ay üçün narahatlığım odur ki, hökumətdə olan insanlara görə dünya müharibəsi ilə üz-üzə gələcəyik”, - Tramp bildirib.

Tramp yenidən söz verib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişəni həll edə, həmçinin Yaxın Şərqdəki xaosu dayandıra biləcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow