Messi yalnız Ronaldodan geri qalır

Oct 16, 2024 - 15:31
Messi yalnız Ronaldodan geri qalır

Argentina millisinin üzvü Lionel Messi yığma komandada vurduğu qolların sayını 112-yə çatdırıb.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviya ilə matçda het-trik edib.

Nəticədə Messi milli komandaların bombardirləri arasında 2-ci yerə yüksəlib. O, hazırda yalnız Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldodan geri qalır - 133 qol.

Messi Argentina yığmasında 189, Ronaldo isə Portuqaliya millisində 216 oyun keçirib. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow