İdman

İki Türkiyə təmsilçisi Moskva klubunun argentinalısını istəyir

Moskva MOİK-inin hücumçusu Adolfo Qayç karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Fanat.az “Ajansspor”a istinadən xəbər verir ki, argentinalı forvardın xidmətində “Sivasspor” və “Kayserispor” maraqlıdır.

Məlumata görə, “Kayserispor” artıq Qayçın həm özünə, həm də klubuna təklif göndərib, “Sivasspor” isə yalnız “hərbçilər”ə müraciət ünvanlayıb.

Xatırladaq ki, Adolfo 2020-ci ilin yayında, 8,5 milyon avroya qarşılığında “San Lorenso”dan transfer edilib. O vaxtdan bəri paytaxt klubunun forması ilə 37 matça çıxan cənubi amerikalı 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Onun MOİK-lə müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub. Moskva təmsilçisi Qayçı daha öncə 3 dəfə Avropa klublarına icarəyə verib. Argentinalı futbolçu İtaliyanın “Verona” və “Benevento”, eləcə də İspaniyanın “Ueska” komandalarında top qovub.

Bənzər yazılar

Back to top button