Hadisə

Kənd məktəbində 20 minlik mənimsəmə ilə bağlı cinayət işi açıldı

Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daşkəsən rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

“Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button