Runi İngiltərənin ən yaxşı oyunçusunun adını dedi - Bu, nə Bellinqemdir, nə də Keyn

Oct 9, 2024 - 10:23
Runi İngiltərənin ən yaxşı oyunçusunun adını dedi - Bu, nə Bellinqemdir, nə də Keyn

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi hazırda ən yaxşı hesab etdiyi ingilis futbolçunun adını açıqlayıb. 

Fanat.az xəbər verir ki, "Talksport" veteran vutbolçunun dediklərini belə təqdim edib:

“Fil Foden mənim üçün ən yaxşısıdır. O, hələ bu mövsüm ideal oyun göstərməyib, amma yenə də İngiltərənin ən yaxşısıdır. Siz Bellinqem və Palmeri də qeyd edə bilərsiniz, amma mənim seçimim Fodenin xeyrinədir”. 

Xatırladaq ki, Fil İngiltərə çempionatının son mövsümünün ən yaxşı oyunçusu olub. 24 yaşlı yarımmüdafiəçi Premyer Liqanın bu mövsümündə 4 matçda qol vurulmasında iştirak edib. 

“Mançester Siti” Premyer Liqa cədvəlində üçüncü yerdədir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow