“Bakıkart” tətbiqi nə zaman işləyəcək? (AÇIQLAMA)

Sep 21, 2024 - 16:41
 0
“Bakıkart” tətbiqi nə zaman işləyəcək? (AÇIQLAMA)

Yeni tədris ilinin başlanması ilə ictimai nəqliyyatdan istifadə daha da artıb. Lakin bir müddətdir ki, insanların geniş istifadə etdiyi "BakıKart” tətbiqi işləmir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

"Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik", - qurumdan qeyd olunub.

Avtobuslarda bank kartı ilə ödəniş nə vaxt mümkün olacağı barəsində isə bildiriblər ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

"Paralel olaraq bank kartları vasitəsilə də gediş haqqlarının ödənilməsinin təmin edilməsi istiqamətində işlər aparılır", - qurumdan bildirilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow