Bayden Paşinyana məktub göndərdi

Oct 22, 2024 - 23:03
Bayden Paşinyana məktub göndərdi

“ABŞ Prezidenti Co Baydenin administrasiyası cəsarətli təşəbbüslər göstərərək sülhə yol açmağa kömək etməyə hazırdır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenterin Nikol Paşinyana təqdim etdiyi məktubunda deyilib.

Bayden məktubunda qeyd edib ki, o, Karpenterdən Vaşinqtonun atmaq istədiyi bir sıra addımlar barədə Ermənistanın baş nazirinə məlumat verməsini xahiş edib.

O, Paşinyanı əmin edib ki, ABŞ Ermənistanın birliyini, suverenliyini və ərazi bütövlüyünü, erməni xalqı üçün etibarlılığı və sabitliyi təmin edəcək, həmçinin bütün Cənubi Qafqazı dəyişdirəcək sabit və ləyaqətli sülhü təşviq etməyə hazırdır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow