Salahı "Liverpul"da saxlayan səbəb bilindi: "O, müqaviləsinin müddətini artıracaq"

Oct 21, 2024 - 12:11
Salahı "Liverpul"da saxlayan səbəb bilindi: "O, müqaviləsinin müddətini artıracaq"

"Liverpul"un əfsanəvi futbolçusu Ceymi Karraqer misirli hücumçu Məhəmməd Salahın "Liverpul"la yeni müqavilə imzalaya biləcəyinə inanır. 

Fanat.az xəbər verir ki, o, bu barədə "Standard"a danışıb.

Hazırda ekspert olan veteran futbolçunun fikrincə, Salah Premyer Liqada rekorda imza atmaq istəyir: 

“Məhəmməd mövsümün sonunda Məhəmməd Anri və Lempardın rekordlarına baxacaq. Düşünürəm ki, bu nailiyyət naminə o, "Liverpul" ilə müqaviləsinin müddətini uzadacaq. O, yarışda iştirak etməkdən həzz alır. Amma təbii ki, əmək haqqı və müqavilə müddəti də önəmli olacaq”. 

Salahın hazırda Premyer Liqada 160 qolu var. Anri 175, Lempard isə 177 qol vurub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow