Xaricdən 3 manata gətirilən toyuq əti marketlərdə 2 dəfə baha satılır – Qiymətlər

Oct 21, 2024 - 12:10
Xaricdən 3 manata gətirilən toyuq əti marketlərdə 2 dəfə baha satılır – Qiymətlər

Bu ilin yanvar-avqust aylarında xaricdən Azərbaycana 39 milyon 532 min dollar dəyərində 22 min 771 ton toyuq əti gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan toyuq ətinin 98%-i və ya 22 min 315 tonu ölkəyə dondurumuş şəkildə daxil olub.

Dondurulmuş toyuq ətinin 4,5 min tonu bütöv, 17,8 min tonu isə hissələrə ayrılmış şəkildə idxal olunub. İdxal olunan toyuq ətinin 1 kiloqramının gömrük dəyəri isə 2,9 manat (1,7 dollar) olub.

Qeyd edək ki, ötən ilin analoji dövründə xaricdən Azərabaycana gətirilən toyuq əti bu ilin yanvar-avqust aylarında idxal olunan toyuq ətindən 33,5% və ya 5 min 596 ton az olub.

Ötən ilin yanvar-avqust aylarında idxal olunan toyuq ətinin 1 kiloqramının gömrük dəyəri 2,6 manat (1,5 dollar) olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi son bir ildə idxal olunan toyuq ətinin gömrük dəyəri 7,7% və ya 20 qəpik aşağı düşüb.

Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayında idxal olunan toyuq ətinin 1 kiloqramənın orta satış qiyməti marketlərdə 6 manat olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow